​Ermənistan ordusunun əsgəri minaya düşüb

Baxış sayı:
3967

Ermənistan ordusunun daha bir əsgəri mina partlayışından yaralanıb.
"Ermənistan xəbərləri" portal bildirir ki, hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib.
Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər.