Ermənistan ordusunda kütləvi zəhərlənmə: Paşinyana məktub göndərildi

Baxış sayı:
256

Ciddi iqtisadi siyasi böhranla üzləşən Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkədə əsgərlər arasında intihar və sui-qəsd hallarının sayı artıb. Bunlar erməni cəmiyyətində ciddi narazılıqlara yol açıb. Belə ki, oktyabrın əvvəlində qulluq keçdiyi hərbi hissədə öldürülən əsgərin ailəsi isə Gümrüdə etiraz aksiyasına başlayıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Xocavənd rayonunda yerləşən hərbi hissələrdən birində öldürülən əsgər Gevorq Aroyanın qohumları Ermənistanın müdafiə naziri David Tanoyanın, separtçı Bako Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər.
Bundan başqa “Armtimes” xəbər portalının məlumatına görə, hərbçinin dayısı Armen Beqleryan Gümrüdəki Müqəddəs Akop kilsəsində xəbərdarlıq aksiyası təşkil edib. O, Gevorqun intihar etmədiyini, öldürüldüyünü iddia edir. A.Beqlaryanın sözlərinə görə Aroyanın anası oğlu ilə hadisədən bir gün əvvəl görüşüb. Oğlan mənəvi cəhətdən sarsılmışdı, geyimsiz idi və göz qapağı göyərmişdi, başında isə çapıq vardı. Əsgər valideynləri bildirib ki, hərbi hissələrdə qeyri-insani şərait hökm sürür. Xalq artıq anlamalıdır ki, kim kimdir, bilməlidir ki, ordu nə gündədir.
Ölən əsgərin ailəsi baş verənlərlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana və onun həyat yoldaşı Anna Akopyana məktub göndəriblər.
Şikayətinə baxılmadığını görən Armen Beqleryan bacısı oğlunun öldürüldüyü Xocəvənd rayonunda aksiya keçirəcək. Bildirib ki, orada da ona xeyli insan qoşulacaq. Çünki hər kəs mövcud vəziyyətdən narazıdır.
Bu arada, işğal altında olan Ağdərə ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Zəhərləmədən ölən olmasa da, istifadə müddəti keçmiş qida məhsullarını əsgərlərə verən hərbi hissədə yoxlamalar başlayıb.
İşğalçı ordunun 18-ci motoatıcı diviziyasında baş verən insident də böyük rezonans doğurub. Aralarında yaranan münaqişə nəticəsində avtomobil xidmətinin rəisi diviziyanın qərargah rəisini döyüb. Hadisədən dərhal sonra diviziya komandiri xidmət yerinə gələrək hərbi hissəyə həyəcan siqnalı elan edib. Xidməti araşdırmadan sonra tədbir görülməsi məqsədilə sənədlər hərbi polisə göndərilib.