​Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı

Bu günlərdə Ermənistan müdafiə nazirliyinin daha bir zabiti barədə rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.
Muxalifet.az xəbər verir ki, İrəvan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3000 ABŞ dolları məbləğində rüşvət tələb olunub. 
Rüşvətalma  faktı ilə əlaqədar hərbi hissənin qərərgah rəisi vəzifəsində xidmət edən  kapitan Hamlet Levonyan barədə cinayət işi başlanıb. İstintaq tədbirləri həyata keçirilir.
Əgər fakt sübuta yetirilərsə H.Levonyan uzun illər “xidmətini” dəmir barmaqlıqlar arasında davam edəcək.