​Ermənistan ordusuna AĞIR İTKİ: Təyyarə qəzaya uğradı və... - YENİLƏNDİ

Baxış sayı:
5611

Su-25 hərbi təyyarəsinin qəza yeri aşkar edilib.
Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi
Artsrun Ovannisyan bildirib.
Təyyarənin pilotları həlak olub.
"Pilotlar polkovnik-leytenant Armen Babayan və mayor Movse Manukyan həlak olub", - Ovanniyan feysbuk səhifəsində yazıb.

***

Ermənistana hərbi təyyarə təlim uçuşları zamanı yoxa çıxıb.
Muxalifet.az xəbər verir ki, Ermənistanln Müdafiə Nzirliyi təlim uçuşu həyata keçirən Su-25 təyyarəsi ilə əlaqənin itdiyi haqqında məlumat yayıb.
Məlumata görə, təyyarə Gümrü şəhərindən yerli vaxtla 10:06-da havaya qalxıb, təyyarə ilə əlaqə 10:20-də itib. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Ermənistan sosial şəbəkələrində təyyarənin yoxa çıxması ilə bağlı qəribə versiyalar səslənib. Versiyalardan birində Gümrüdən qalxan təyyarənin itməsində Rusiyanın, daha konkret olaraq, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçularının əlinin ola biləcəyi iddia olunur.