Ermənistan ordusu Tərtər-Ağdərə istiqamətində itki verdi

Ermənistan işğalçı qüvvələrinin hərbi qulluqçusu təmas xəttinin şimal-şərq istiqamətində öldürülüb.
 
Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” 1998-ci ildə anadan olmuş hərbi qulluqçu Arman Samveloviç Movsisyanın “Azərbaycan tərəfdən açılan atəşlə” vurulduğunu bildirir.