​Ermənistan ordusu Qarabağda 5 hərbçisini itirdi –2 NƏFƏR DƏ YARALI VAR

Baxış sayı:
1852

Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, dünən işğalçı ordunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb. Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb. Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.