Ermənistan ən zəif ölkələr siyahısında ilk pillədə - “Moody's”

Baxış sayı:
172

"Hazırda ciddi maliyyə problemi yaşayan və böhran vəziyyətində olan Ermənistan çökür".
"armbanks" nəşri yazır ki, ciddi maliyyə çatışmazlığı səbəbindən bu gün Ermənistan bütün bu riskləri aradan qaldıra bilmir və müdafiəsiz olan ölkələrin siyahısında birinci yerdə qərarlaşıb.
“Moody's”-ın analitiki Metyu Sirk öz məqaləsində Ermənistan, Şri Lanka və Pakistanın yaxın gələcəkdə xarici borc asılılığına məruz qalacağını bildirib:
"Ermənistanın liderlik etdiyi siyahının digər iki pilləsində isə müvafiq olaraq Şri Lanka və Pakistan gəlir. İqtisadiyyat və maliyyə sektorunda ciddi böhran yaşayan ölkələr, eləcə də Ermənistan problemləri aradan qaldırmaq üçün riskləri yenidən maliyyələşdirməlidir. Lakin bu istiqamətdə onların valyuta ehtiyatları məhduddur. Üstəlik müdafiəsi kifayət qədər zəif olan ölkədir. “2019 və 2020-ci illərdə beynəlxalq suveren istiqrazlar geri alınacaq. Çünki Ermənistan, Şri Lanka və Pakistan hökumətləri daha bahalı borc maliyyələşməsinə məruz qalacaq. Borc yükünü artırmaq isə xüsusilə yerli valyutaların dəyərsizləşməsinə səbəb ola bilər”.
Ermənistan bu gün avropa istiqraz vərəqələrinin iki emissiyasını həyata keçirib. İlk buraxılış 19 sentyabr 2013-cü il həyata keçirilmişdi və ödəmənin müddətiylə 30 mart 2020-ci ilə qədər 7 il uzadılmışdı. Ermənistan Maliyyə Nazirliyi bu müddət ərzində müəyyən məbləği girovdan azad edə bilmişdi. İkinci emissiya isə 26 mart 2015-ci ildə 500 milyon dollar məbləğin 7,15% gəlirliliklə 26 mart 2025-ci ilə qədər 10 il ərzində ödəmə məsuliyyətini üzərinə götürüb.
“Moody's” hesab edir ki, kənardan kapital axınının kəskin azalmasına görə xərclər artacaq ki, bu da hökumətlərin xarici borc asılılığının artmasına gətirib çıxaracaq. Xüsusilə yerli valyutanın dəyərdən düşməsini nəzərə alsaq bu bütün hallarda 3 ölkənin də kredit reytinqlərinə kölgə salacaq.