Ermənistan MTX: Ordumuz barədə sosial şəbəkədə yazışmayın

Baxış sayı:
6736

“Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər”.

Muxalifet.az report-a istinadən xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Facebook” səhifəsində yazılıb.

MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: "Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.