Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı... - FOTO / VİDEO

Baxış sayı:
229

Xəbər verildiyi kimi işğalçı ölkənin baş naziri Nikol Paşinyan noyabrın 30-da növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımızda  sülənib.

Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki, Xankəndidəki erməni saytlarının yaydığı məlumata görə,  N.Paşinyan qondarma separatçı rejimin başçısı Bako Saakyan və digərləri ilə birgə cəbhə xəttinin Kəlbəcər-Ağdərə-Tərtər istiqamətindəki bir neçə hərbi hissəyə baş çəkib. O,  işğalçı erməni hərbçilər qarşısında çıxış edib. Birbaşa döyüş səngərlərinə girib, işğalçı əsgərlərin xidmət və yaşayış şəraiti ilə tanış olub,  onlara mükafat və hədiyyələr verib. 

Video-kadrlardan da göründüyü kimi, Paşinyan bir az naşı davransa da, fakt odur ki, Azərbaycan  torpağında əlinə avtomat silah alıb və onu atış vəziyyətinə  gətirib. İşğalçı ölkə başçısı iriçaplı silahlardan da birinin arxasına keçib Azərbaycan ordusu istiqamətində döyüş mövqeyi alaraq sanki ölkəsinin döyüşə hazır olduğunu ifadə etmək istəyib...