​Ermənistan KTMT-yə yeni nümayəndə TƏYİN ETDİ

Baxış sayı:
9031

Ermənistan prezidenti Armen Sarkisyan Viktor Biyoqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yeni səlahiyyətli nümayəndə təyin edib.
Ermənistan prezidentinin saytında yayımlanan fərmanda “Viktor Biyaqov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın daimi və səlahiyyətli nümayəndəsi təyin edilir” deyə bildirilir.
A.Sarkisyan KTMT-dəki səlahiyyətli nümayəndə David Virabyanı geri çağırıb.
Viktor Biyaqov Ermənistan parlamenti aparatının xarici əlaqələr idarəsinə rəhbərlik edirdi.