​Ermənistan KİV: Putin İrəvana gəlməsə, daha yaxşı olardı

Baxış sayı:
5089

Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı eks-prezidentlərlə görüşə bilər.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.
“Putin İrəvanda Robert Köçəryan və Serj Sərkisyanla görüşəcək. Əgər o, Ermənistana bu şəxslərlə görüşə gəlirsə, o zaman onun gəlməməsi daha yaxşı olardı. Ona görə ki, bu görüşdən sonra Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərində böyük problem olacaq”, – deyə qəzet bildirib.