Ermənistan kimə güvənib "ipə-sapa" yatmır… - İRƏVANDAKI MÜHARİBƏ NARATÇILĞININ PƏRDƏARXASI

Baxış sayı:
373

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə Nyu-Yorkdakı son görüşündən bir qədər məyus olduğunu bildirib. Deyib ki, bunlar danışıqlar deyil, görüşdür və "əsaslı danışıqlara" keçməyin vaxtı çatıb.
Muxalifet.az Ermənistan mediasına istinadən xəbər verir ki, Məmmədyarovun açıqlamasının məğzini Ermənistanın Rusiyadan məyus olması təşkil edir. 2016-cı ilin may ayından etibarən ABŞ-ın himayəsi altında Vyanada baş tutan görüşdən sonra Azərbaycan  Lavrovun Madrid prinsipləri əsasında təsbit olunmuş planının həyata keçirilməsi  istiqamətində Rusiya ilə işləyir.
Aprel müharibəsindən sonra Serj Sarkisyan ona olunan  təzyiqə qarşı çıxmağa çalışdı. Lakin Serj Sarkisyana  Sankt-Peterburqdakı görüşdən bir ay sonra İrəvanda PPS alayının tərk-silah olunması gedişində təzyiq daha da artmağa başladı və buna bağlı legitimliyin zəifləməsi məsələləri ilə müşayiət olundu.
Sankt-Peterburqdakı görüş, ABŞ-ın sərhədə izləmə mexanizmlərini yerləşdirmək təklifi əsasında qurulan Vyana gündəliyini tənzimləmək üçün ilk cəhd idi. Sankt-Peterburq görüşünün yekun bəyanatında Vyanadakı zirvə  görşüşündən istinadlar var, amma mexanizmlər haqqında yox , yalnız Kasprşikin ofisinin genişləndirilməsi haqda danışılır.
Maraqlıdır ki, Sankt-Peterburqdakı görüşdən sonra Fransa mexanizmlərin işlənməsi  məsələsinin vacibliyini vurğulayaraq növbəti görüşü təşkil etməyə hazır olduğunu bəyan etdi, lakin bu görüş indiyə kimi  baş tutmadı. Üçüncü sammit oktyabr ayında İsveçrədə baş tutdu və Vyana gündəliyi ümumiyyətlə qeyd edilmədi.
Ancaq aprel döyüşləri zamanı Ermənistan ordusu nəinki Azərbaycanın hərbi diplomatiyasını dayandırdı, əksinə bir tərəfdən Türkiyə ilə Azərbaycanın  “müştərək  cinayət”nı, digər tərəfdən Rusiyanın Ermənistan  qarşısında  öhdəçiyini  xatırladaraq Rusiyaya qarşı çıxdı. Ermənistanın uduşlu vəziyyətdə olması İrəvanın Moskvanın "öhdəçilk  hissini" nə qədər uzun müddətə davam etdirə biləcəyindən asılıdır.
Hələ də Ermənistana vassal kimi yanaşan rus dairələri üçün bu çox rahat deyil, lakin Rusiyanın regional dövlət maraqları baxımından bu, Moskvaya xeyirdir. Çünki yalnız “erməni xalqı qarşısında öhdəçilik” Moskvanın Türkiyə-Azərbaycan təzyiqlərinə qarşı təkzibedilməz arqumenti ola bilər. Putinin  Ermənistan-Rusiya münasibətlərinin xalqların çoxəsrlik dostluğu üzərində qurulduğunu və şəxsiyyətlərdən asılı olmadığını qeyd edərək beynəlxalq münasibətlər kontekstində "xalqlar" mövzusunda daha tez-tez danışmağa başlaması təsadüfi deyil.
Və Nikol Paşinyan, Moskva ilə strateji əlaqələri dərinləşdirməyə hazır olduğundan danışaraq, Rusiyanın Ermənistan xalqı qarşısında öhdəliklərini vurğuladı, Rusiyanın Azərbaycanın döyüşkən iddialarını dayandırmaq gücündə olduğu və Rusiya buna icazə verərsə, bir müharibənin baş verəcəyini bildirdi.
Muxalifet.az