Ermənistan, Kamal Öksüzü ABŞ-a ekstradisiya edir

Baxış sayı:
2320

ABŞ-da, haqqında ittihamnamə hazırlanan və avqust ayında Ermənistanda həbs olunan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü Kamal Öksüzün bu ölkəyə ekstradisiya ediləcəyi bildirilib.
 
Ermənistanın rəsmi informasiya agentliyində yer alan xəbərdə, baş prokurorluğun, Öksüzün ekstradisiyasını istəyən ABŞ-ın tələbinə müsbət cavab verərək ekstradisiya istiqamətində qərar qəbul edilib.
Qərarın nə vaxt və nə şəkildə həyata keçirəcəyi bildirilməsə də, Öksüzün ABŞ tərəfindən edilən ittihamlar nəticəsində İrəvanda tutduğu xatırladılıb.
Qeyd edək ki, ABŞ-da Avrasiya Amerikalılar Turkuaz Şurasına sədrlik edən Kamal Öksüzün, Türkiyə əleyhinə çıxışları ilə tanınan Amerikalı senatorlarla yaxın əlaqəsi var.
Müxalifət.az