​“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah satmasın” - Ovannisyan

Baxış sayı:
29986

“Ermənistan istəyir ki, İsrail Azərbaycana silah tədarük etməsin” 
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan “The Jerusalem Post”a müsahibəsində deyib.
Ovannisyanın sözlərinə görə, İrəvan İsrailin ABŞ və bir çox Avropa ölkələri kimi nə Ermənistana, nə də Azərbaycana silah satmamasını istəyir: “Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Azərbaycana silah tədarükü isə silahlanma yarışını təşviq edir. Ermənistanın dostları bilməlidirlər ki, Azərbaycana silah satışı adi işgüzar razılaşma çərçivəsindən kənara çıxır və ağır nəticələri olur. Biz çox da zəngin ölkə deyilik və hər dəfə Azərbaycan İsraildən silah alanda buna qarşılıq göstərmək üçün Ermənistan da ÜDM-nin əhəmiyyətli hissəsini bu sahəyə ayırmağa məcbur olur”. 
Bununla belə Ovannisyan bildirib ki, İrəvan bu tələbi İsraillə münasibətlərin yaxşılaşdırılması istiqamətində şərt kimi qoymur və “Ermənistan da İsrailin müdafiə sferası ilə əməkdaşlıq imkanlarını istisna etmir”. 
Ermənistan xarici işlər nazirinin müavini əlavə edib ki, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün İrəvan İsraildə öz səfirliyini açmağı nəzərdən keçirir.