Ermənistan hökumətinin binası qarşısında aksiya keçirilir

Baxış sayı:
5155

Ermənistan hökumətinin Yerevandakı binasının qarşısında bu gün səhərdən etiraz aksiyası keçirilir.

“Report” bu ölkənin KİV-nə istinadən xəbər verir ki, Yerevandan Armavir şəhərinə işləyən mikroavtobus sürücüləri öz maşınlarını burada saxlayıb gediş-gəlişə əngəl törədirlər. Aksiya iştirakçıları sözügedən istiqamətdə işləyən və onlarla haqsız rəqabət aparan qanunsuz maşınları xətdən yığışdırmağı tələb edir, əks halda işə çıxmayacaqlarını bildirirlər.

Daşıyıcı şirkətin rəhbərləri Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində məsələni həll etmək üçün danışıqlar aparır.