Ermənistan da Türkiyəyə qarşı cəbhədə yer aldı - "Ankaranı təşəbbüslərinə son verməyə çağırırıq”

Baxış sayı:
7007

Ermənistan Türkiyənin Şərqi Aralıq dənizindəki enerji axtarışlarından "narahatlıq" keçirib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin 3 gəmisi tərəfindən Cənubi Kiprin "müstəsna iqtisadi bölgəsi" olan yerdə qazma işlərinin aparılması cəhdlərindən narahat olduqlarını və bunu qınadıqlarını açıqlayıb.

“Ankaranın Şərqi Aralıq dənizindəki təşəbbüsləri bölgədə sabitlik və təhlükəsizlik üçün risk yaradır. Kipr və xalqına tam dəstəyimizi ifadə edir, Türkiyəni təşəbbüslərinə son verməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Türkiyənin enerji axtarışlarından narazı olan cəbhədə ABŞ, Yunanıstan, İsrail, Avropa İttifaqı, Cənubi Kipr və Rusiya yer alıb.