Ermənistan BMT Təhlükəsizlik Şurasının tərkibinə düşmək istəyir - NAZİRDƏN BƏYANAT

Baxış sayı:
4645

İnsan hüquqları üzrə BMT Şurasına üzvlük Ermənistanın xarici siyasətinin prioritetlərindən biridir.
Virtualaz.org “Novosti Armeniya”ya istinadən bildirir ki, bunu yerli ictimai televiziyada yayımlanan "Bu gün reallıqda" verilişi zamanı Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zohrab Mnatsakanyan bəyan edib.
Onun sözlərinə görə, Ermənistan bu Şuraya üzvlük məsələsində namizədlərdən biridir.
"Biz, həmçinin BMT Təhlükəsizlik Şurasında üzvlüyə, amma daha gec müddət üçün, öz namizədliyimizi irəli sürürük. Bizim üçün bu indi məsuliyyətli andır, seçkilər oktyabrda keçəcək və biz kampaniyamızı aparmaqda çox aktiv olacağıq. Və bizim bugünkü daxili gündəliyimiz bizə bu yarışda daha rəqabətədavamlı olmağa yalnız kömək edir. Biz Şərqi Avropa qrupundayıq, orada iki yer, üç ölkə var və onlardan biri də bizik", - deyə Ermənistanın Xarici İşlər Nazirliyinin başçısı izah edib.