​Ermənistan artıq işğala son qoymalıdır - Fənani

Baxış sayı:
4453

İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnən Bey Fənani bildirib.
"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.
İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.