"Ermənistan Arazı çirkləndirir, xərçəng xəstəliyi artır" - İRANLI DEPUTAT

Baxış sayı:
397

İranlı deputat Ermənistanı Arazı çirkləndirməkdə ittiham edib.
Muxalifət.az trend-ə istinadən xəbər verir ki, bu gün İran parlamentinin iclasında çıxış edən millət vəkili Şəkur Purhüseyn Ermənistanın Araz çayını çirkləndirdiyini bildirib.
O qeyd edib ki, bu fakt Ərdəbil vilayətinin Muğan bölgəsində xərçəng xəstəliyinin artmasına səbəb olub.
Deputat bu acınacaqlı halı "xərçəng sunamisi" adlandırıb.