​Ermənistan - ABŞ münasibətlərində böhran: Vaşinqton rəsmi İrəvanı nə ilə cəzalandıracaq?

Baxış sayı:
9871

“Ermənistanın xarici siyasəti demək olar ki, Paşinyanın müxbirlik üstünlüyündən kənarda qalaraq yer tutmayıb. Ermənistan-ABŞ münasibətləri Paşinyanın xarici siyasətdən anlamaması səhifəsində qalıb. Bu məqam Ermənistanı yeni və köhnə problemlər qarşısında qoyur”. Bu barədə “Hraparak” nəşrinin Ermənistan-ABŞ münasibətləri ilə bağlı məqaləsində qeyd olunub. Nəşrdə bildirilir ki, Ermənistanın bütün xarici siyasət cəbhəsində vəziyyət dəyişməz olaraq qalır, daha doğrusu, mövcud olan vəziyyət böhrana doğru istiqamətlənir. “Xüsusilə Ermənistan-ABŞ münasibətləri narahatedicidir. Ehtimal edilirdi ki, Ermənistan-ABŞ münasibətlərində Robert Koçaryan və Serj Sarkisyan hakimiyyəti dövründə olan mənfi hal yeni Ermənistan dövründə sürətli şəkildə dəyişəcək. Bu münasibətlərdə mövcud gərginlik, dərin etimadsızlıq dəf edilərək, yeni siyasət, yeni ikitərəfli və çoxtərəfli münasibətlər formalaşdırılmalı idi. Lakin xarici siyasət gündəmini dəyişməyən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ münasibətlərinin yaxşılaşdırılması haqqında fikirləşməyərək, özündən əvvəlkilərin bədbin xarici siyasət xəttini davam etdirir. 2018-ci il noyabr ayında Ermənistanın xarici ölkələrdə səfirlərinin peşəkar göstəricilərini rəhbər tutararaq Paşinyan, Ermənistanın ABŞ-dakı səfiri vəzifəsinə uzun müddət Serj Sarkisyanın köməkçisi olmuş Varujan Mevsisyanı təyin edib. Bu cür kadrların təyinatının hansı qurum tərəfindən həyata keçirildiyini yalnız ehtimal etmək olar. Xarici siyasət gündəmini dəyişməyən Moskvanın ehtimal olunan təhdidlərindən sürüşərək çıxmağa çalışan inqilabdan sonrakı Ermənistanın gənc hökuməti Ermənistanın Rusiyadan yalnız hərbi siyasi asılılığını dərinləşdirməklə kifayətlənməyib, Ermənistan-ABŞ münasibətlərini Moskvanın cazibəsinə qurban verib. O, hərbi və geosiyasi münaqişə içərisində olan Suriyaya hərbi tabor göndərməklə ABŞ-ın bölgədəki siyasətinə qarşı çıxıb. İnqilabdan sonrakı bütün proseslər Ermənistan-ABŞ münasibətlərində baş verənlərə bariz sübutdur. Postsovet məkanı olan Ermənistanda, Ermənistan-ABŞ münasbətlərinin inkişafının əsas maneələri aşağıdakılardan ibarət idi: 1. Ermənistan ictimaiyyətinin rus meyilli mövqeyi. Rusiya Federasiyasının Ermənistanda hərbi siyasi mövcudluğu İrəvanın qeyri-suveren xarici siyasəti, 2. Sistemdə mövcud korrupsiya və azad iqtisadiyyatın formalaşmasındakı maneələr, 3. Demokratik insitutların dağıdılması. Azad seçkilər sisteminin tapdanması, Televiziya kanallarının təmamilə hakimiyyət tərəfindən nəzarətdə saxlanılması, 4. Korrupsiyalaşmış və asılı olan məhkəmə sistemi, 5. İranla Ermənistanın xüsusi münasibətləri, 6. ABŞ ianələri siyasətinin səhv istiqamətə ünvanlanması. İnqilabın həyata keçirildiyi Ermənistanda hesab olunurdu ki, bu problemlərin həlli üçün siyasi dəyişiklərin həyata keçirilməsinə görə, inqilabçı potensial kifayətdir. Bunun nəticəsində Ermənistan-ABŞ münasibətlərindəki mövcud böhran da dəf edilə bilərdi. Lakin bu baş vermədi. Ermənistanın inqilabçı hakimiyyəti bunu əsaslı şəkildə istəmir. Bundan başqa bu ilin aprelin 24-də “Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan xüsusi qürurla qeyd edib ki, Ermənistanın heç bir hakimiyyəti ABŞ-ı onu kimi tənqid etməyib. Ermənistanın suverenliyinin real təhdidlərini görməyən Paşinyan necə, nə ilə Birləşmiş Ştatların Ermənistanın suverenliyinə mane olduğunu izah etmir. Qeyd etmək lazımdır ki, ABŞ yalnız Ermənistana dəstək vermir. Beləliklə 1991-2001-ci illər ərzində ABŞ Ermənistana 1,4 mlrd dollar humanitar və texniki yardım göstərib. 2005-2014-cü illər ərzində isə 413 mln dollar yardım edib. Ermənistan, əhalisinin adam başına dünyada ABŞ-ın yardımı səviyyəsinə görə ikinci yerdədir. İlk yerdə İsrail durur. ABŞ Qarabağa (qondarma qurum-red.) maliyyə yardımı edən yeganə ölkədir. Hətta münasibətlərin pozulduğu bu şəraitdə 2019-cu il mayın 8-də ABŞ Ermənistana 7,5 mln dollar həcmində əlavə yardım edib. Bu yardım infrastruktur, kənd təsərrüfatı və turizm inkişafına yönəlib. 2018-ci il mayın 8-də Ermənistan parlamentinin xüsusi iclasında Ermənistanın Baş naziri vəzifəsinə namizəd olan Nikol Paşinyan qeyd edirdi ki, ABŞ-la dostluq münasibətlərinin yeni təkana ehtiyacı var. O, ABŞ-la müxtəlif sahədə xüsusi praktiki addımlar həyata keçirmək niyyətində olduqlarını bildirirdi. Bu deyilənlər inqilab lideri Paşinyanın çoxsaylı yerinə yetirmədiyi vədlər zəncirinin bir halqasıdır. Ermənistan XİN-in 2018-ci il üzrə illik hesabatında da diqqətçəkən məqamlar var. Belə ki, hesabatda vurğulanır ki, Ermənistan-ABŞ münasibətlərində, mayın 28-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Bricit Brinkin Ermənistana səfəri, iyunun 29-da Ermənistan prezidenti Armen Sarkisyanın ABŞ-a səfəri və dövlət katibi Mayk Pompeo ilə görüşməsi, oktyabrın 26-da ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfər etdiyi qeyd olunur. Lakin bu səfərlərin nəticələri naməlumdur. Ermənistanın xarici siyasəti demək olar ki, Paşinyanın müxbirlik üstünlüyündən kənarda qalaraq yer tutmayıb. Ermənistan-ABŞ münasibətləri Paşinyanın xarici siyasətdən anlamaması səhifəsində qalıb. Bu məqam Ermənistanı yeni və köhnə problemlər qarşısında qoyur. Ermənistan-ABŞ münasibətlərinin inkişafı yalnız yeni Ermənistanda Rusiyanın mövcudluğu amilini tarazlaşdırmaq, Qərb siyasəti və ABŞ siyasi sisteminin qarşılıqlı olması üçün vacib deyil, eyni zamanda xarici siyasi etibarlı tərəfdaşların əldə edilməsi baxımından vacibdir. Lakin Paşinyanın ABŞ-ı qəhrəmancasına tənqid etməsini mühakimə edərək, hesab etmək olar ki, Ermənistan-ABŞ münasibətlərində mövcud olan böhran qalmaqda davam edəcək. Ermənistan Rusiyanın göndərişlərində fırlanmağa davam edəcək. Ermənistan saatlarının əqrəbləri isə Moskva vaxtına uyğun zərbə endirəcək. Bununla da Ermənistanın “Qərb cəbhəsi”ndə yenə də hər şey dəyişməz olaraq qalacaq”, - deyə nəşr yazır./ ordu.az