Ermənisatanın PKK/YPG terror təşkilatı əməkdaşlığı... - Kəşfiyyat bütün faktlar açıqlandı

Baxış sayı:
774

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalı altındakı torpaqların azad edilməsi ilə hərbi əməliyyatları davam etdirərkən Türkiyənin "Sabah" qəzeti Ermənistan-PKK/YPG terror təşkilatı ilə razılaşması ilə bağlı hazırlanan kəşfiyyat hesabatının detallarını əldə edib.

Avropa.info xəbər verir ki, kəşfiyyat qurumlarının etdiyi təsbitlərin nəticəsində 12 səhifəlik hesabatda yer alan məlumata görə, razılaşma Ermənistanın müdafiə nazirliyi və PKK/YPG terror təşkilatı arasında əldə olunub.

Ermənistandakı "Şêwra Gelê Kurdên Ermenistanê", "Kürdistan Komite", "Şengal məclisi"nin Ermənistan təmsilçiliyi adı altında PKK təmsilçilərinin də yer aldığı qrup bu ilin iyun ayının ilk həftəsində PKK/YPG terror təşkilatının Kandil və Suriyanın Qamışlı bölgəsində olan terror təşkilatının təmsilçiləri ilə telekonfrans yolu ilə toplantısı keçirilib.

Toplantında terrorçu qrupların PKK / YPG-dən, xüsusən də erməni mənşəli qruplardan İran üzərindən Ermənistana köçürülməsinə qərar verilib. Görüşdə, Ermənistanda yaşayan kürdə əhalinin Yəzdi kürdləri olması səbəbindən Ermənistanla PKK / YPG arasındakı ünsiyyətin eyni aparılması üçün terror təşkilatının rəhbərliyi içərisində bir nəfər Yəzdi kürdünün üzv olması barədə razılığa gəlinib.

Bunun üzərinə PKK-nın Kandil heyətindəki təşkilat rəhbərləri arasındakı tək Yəzdi kürdün "Sözder Avesta" kod adlı ilə tanınan Nuriyə Kesbir olduğu və bu terrorçunun Ermənistandakı mediadan istifadə edərək, Yəzdi kürdlərin dəstəyini almasında təsirli olduğu və ünsiyyətin onun tərəfindən təmin ediləcəyi qərara alınıb.

Suriyadakı PKK/YPG terror təşkilatında isə iki il öncə qurulan və erməni terrorçulardan təşkil olunan terrorçu Nubar Ozanyanın adının verildiyi taburun qondarma komandirlərindən sayılan yerevanlı Yəzdi kürd Masis Otanyaf adlı terrorçunun adı ətrafında razılığa gəlinib.

Hesabatda digər məlumat Ermənistanın PKK terrorçuları ilə yanaşı FETÖ terror təşkilatına qucaq açmasıdır. Hesabtda qeyd olunur ki, 15 iyul 2016-cı ildə Türkiyədə törədilmiş hərbi çevriliş cəhdindən sonra Ermənistana sığınmış FETÖ mənsublarına erməni dili öyrədilir, bu ölkənin pasportu verilir və Avropa ölkələrində rahat hərəkət etmələri üçün Şengen vizaları verilib.