Ermənipərəst konqresmen Trmapa müracət etdi: “Ərdoğanın siyasəti…”

Baxış sayı:
6841

Amerikalı konqresmen Ted Lyu ABŞ Prezidenti Donald Trampı qondama erməni soyqırımını tanımağa çağırıb.
Muxalifet.az xəbər verir ki, Trampın Türkiyəyə qarşı sanksiyaları dəstəklədiyini deyən konqresmen təzyiqlərin davamı kimi qondarma soyqırımın tanınmasının vacibliyinə diqqət çəkib.
O, Türkiyə Prezidentib Rəcəb Tayyib Ərdoğanın anti-Amerika siyasəti yürütdüyünü bildirib: “Mən Trampla razıyam. Türkiyə avtoritarizmin genişlənməsi üçün çalışır və getdikcə anti-Amerika ölkəsinə çevrilir. Buna görə də, çoxumuz erməni soyqırımını tanımağa təkid edirik. Mən bunu qəbul etməsi üçün Trampa çağırış edirəm”.
Qeyd edək ki, Tramp Türkiyədən idxal edilən alüminium və polad məhsullarının tariflərini iki dəfə artırıb.
O, eyni zamanda, ABŞ-la Türkiyənin münasibətlərinin pis olduğunu bildirib.