ERMƏNİPƏRƏST APARICININ NÖVBƏTİ YARAMAZLIĞI: Polşalı ekspertə cavab verə bilmədi və… - VİDEO

Baxış sayı:
9403

“Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov növbəti dəfə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə tuş gəlib.

Muxalifet.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, aparıcı öz proqramına qonaq qismində dəvət etdiyi polşalı ekspertin arqumentləri və ittihamları qarşısında aciz qaldığından, mühafizəçilərdən onu studiyadan çıxarmalarını tələb edib.

Verilişdə İkinci Dünya Müharibəsi zamanı yəhudilərə qarşı törədilən soyqırım və Rusiya-Polşa münasibətləri müzakirə olunub. Yakub Kareyba adlı polşalı eksperti təhqir etməkdən çəkinməyən V.Solovyov Polşanı yəhudilərə qarşı cinayət törətməkdə ittiham edib. Y.Kareyba isə rusları şovinizmdə və yəhudilərin faciəsindən sui-istifadə etməkdə günahlandırıb.

Polşalı ekspert 1941-ci ilə qədər Hitler qoşunları Polşada yəhudiləri qətlə yetirəndə rusların buna heç bir reaksiya vermədiklərini və onların xilas edilməsi üçün heç nə etmədiklərini, əksinə, Almaniya ilə sıx əlaqələrdə olduqlarını söyləyib. Y.Kareybanın bu fikirlərindən sonra rusiyalı aparıcı ondan studiyanı tərk etməsini tələb edib.

Polşalı ekspert qalmaqal yaşanan verilişdən sonra mətbuata verdiyi müsahibədə sözünün üstündə durduğunu, öz mövqeyini istənilən müzakirədə müdafiə etməyə hazır olduğunu və aparıcının bu hərəkətinin acizlik və arqumentsizlikdən irəli gəldiyini bildirib.

Onu da qeyd edək ki, V.Solovyova qarşı Rusiyanın özündə də münasibət birmənalı deyil və o, ən qeyri-obyektiv aparıcılardan biri kimi tanınır. Solovyov hər fürsətdə Ermənistanın mövqeyini müdafiə edir və Dağlıq Qarabağın müstəqilliyindən dəm vurur. İşğal olunmuş ərazilərimizə dəfələrlə səfər edən bu məxluq Ermənistanın dostu hesab olunur və hətta Serj Sarkisyan bir neçə il əvvəl onu “şərəf ordeni” ilə təltif edib. Bu da sözsüz ki, hər iki tərəfin şərəf anlayışı barədə kifayət qədər dolğun təsəvvür yaradır – beləsini yalnız Sarkisyan kimisi “şərəfləndirə” bilərdi…

Aşağıdakı videosüjetdə isə bir daha bu şəxsin “obyektivliyi” və diskussiya aparmaq “mədəniyyəti” öz əksini tapıb.