Ermənini Azərbaycan haqqında yalanına görə ABŞ vətəndaşlığından məhrum etdilər

Baxış sayı:
9895

Daha öncə bəzi klinikalar vasitəsilə dərman vasitələrinin qanunsuz satışında və maxinasiyalarda ittiham olunmuş ABŞ vətəndaşı olan erməniyə ABŞ vətəndaşlığının qeyri-qanuni alınması ittihamı irəli sürülüb.

Berbank sakini, 44 yaşlı Armen Simonyan əvvəlcə girov müqabilində sərbəst buraxılsa da, avqustun 7-də yenidən həbs edilib. Virtualaz.org ABŞ Ədliyyə Nazirliyinin saytındakı bəyanata istinadən xəbər verir ki, Simonyan ABŞ-a oğurlanmış şəxsi məlumatlar və saxtalaşdırılmış pasportun köməyi ilə gəlib.

İttiham aktında göstərilir ki, Simonyan 15 il öncə ABŞ-a özgə şəxsə məxsus sənədlərlə gəlib. O bildirib ki, qarışıq azərbaycanlı-erməni ailəsində doğulub və valideynlərini Azərbaycanda qətlə yetiriblər. Eyni zamanda, Simonyan iddia edib ki. etnik zəmində izlənmələrə məruz qalır.

İstintaq müəyyənləşdirib ki, Simonyan Ermənistanda doğulub və hər iki valideyni ermənidir və onlar sağdır. Bu saxtakarlığa görə məhkəmə Simonyanı Amerika vətəndaşlığından məhrum edəcək.