Ermənilərin yaraladığı mülki vətəndaşlarımız - FOTOLAR

Baxış sayı:
211

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Bununla bağlı sosial şəbəkələrdə foto və videolar paylaşılıb.

Öz şəxsi mülkiyyətində yaşayan insanlar yaralanıb və həlak olub.

Görüntülərdən erməni vəhşiliyinin sərhədsizliyi aydın olur.

Konkret.az yaralı mülki vətəndaşlarımızın fotolarını təqdim edib: