Ermənilərin Rusiyaya “böyük qaçışı” - RƏSMİ RƏQƏMLƏR

Baxış sayı:
3141

Bu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya miqrasiya edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxalıb.

Qaydar adına İqtisadi Siyasət İnstitutunun araşdırmasında belə deyilir.

Cari ilin yanvar-aprel aylarında Rusiyaya müxtəlif ölkələrdən miqrasiya edənlərin sayı 98 min nəfər olub. 2018-ci ilin eyni dövründə bu rəqəm 57,1 min nəfər təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında Ermənistandan Rusiyaya 12,8 min nəfər miqrasiya edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 4,9 min nəfər olub.

Cari il iyunun 1-də Rusiya ərazisinə 49 mindən çox Ermənistan vətəndaşı gedib. Rusiyaya ən çox miqrasiya edənlər həm də Qazaxıstan, Tacikistan, Belarus, Moldova və Ukrayna vətəndaşlarıdır. Ukrayanaya ən çox miqrasiya edənlər isə Ermənstan vətəndaşlarıdır.

“Kəskin miqrasiyanın artmasının səbəbləri bəlli deyil. Düşünürəm ki, miqrasiya qeydiyyatı və ya miqrasiya məlumatlarının işlənməsi sistemi hələ bizim bilmədiyimiz bəzi dəyişikliklərə məruz qalıb, çünki Rusiya Statistika Komitəsi onlar haqqında heç bir məlumat vermir. Bu bir növ qeyri-təbii artımdır", -deyə İnstitutun aparıcı elmi işçisi Nikita Mkrtçyan bildirib./virtualaz