Ermənilərin psixoloji sindromu

Naira Hayrumyan: İyundan sonra Azərbaycanın qarşısın kim alacaq?

Ermənistan Qarabağı müstəqil dövlət kimi tanısa, danışıqlar prosesindən çıxmalı olacaq, bu isə İrəvan üçün arzu olunmaz nəticələr verə bilər.

Bu fikir rusiyalı jurnalist Vladimir Poznerin bu barədə verdiyi sualı cavablandıran Ermənistan prezidenti Serj Sarkisyanın sözlərindən qaynaqlanıb. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə ona görə qatılır ki, bu, müharibənin başlanması ehtimalını sıfra endirir.

Serj Sarkisyanın bu sözləri Ermənistan mətbuatında ciddi reaksiya doğurub. “Bu yetərincə maraqlı yanaşmadır. Belə çıxır ki, danışıqlar yalnız Azərbaycanın başını qatmaq üçün aparılır ki, onun müharibəyə başlamasına imkan verilməsin. Danışıqlar nədən gedir və s. bu baxımdan maraqlı deyil, əsas odur ki, danışıqlar sonsuza qədər davam etsin. Minsk qrupu da danışıqları gündəmdə saxlayır ki, Azərbaycan müharibəyə başlamasın”,- deyə erməni jurnalist Naira Hayrumyan vurğulayır.

Hazırda Azərbaycanın başının Avropa oyunlarına qarışdığını bildirən jurnalist tədbirin iyunda başa çatacağını vurğulayaraq məntiqi sual verir: İyundan sonra Ermənistanı Azərbaycanın əlindən kim qurtaracaq?