Ermənilərin daha bir erməniliyi - SOCAR yazısına görə...

Baxış sayı:
8296

Ötən gün Avropa Liqasında III təsnifat mərhələsinə start verilib.
Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, SOCAR-ın sponsorluq etdiyi Gürcüstanın “Saburtalo” klubu Ermənistanda “Ararat”la qarşılaşıb.
Lakin qarşılaşma Ermənistan telekanalları vasitəsiylə canlı yayımlanmayıb. Buna isə gürcü komandasının formasının üzərində Azərbaycan Dövlət Neft şirkəti olan SOCAR-ın adının yazılması səbəb olub.
Ermənistan telekanallarının qeyri-peşəkarlığı sosial şəbəkələrdə tənqid olunub.
Qeyd edək ki, İrəvanda keçirilən qarşılaşmada “Saburtalo” 2:1 hesablı qələbə qazanıb.