Ermənilərin əcdadı ilə bağlı Türk professordan müdhiş açıqlama

Baxış sayı:
11650

 Tarixçi-müəllif professor İlber Ortaylı “Ermənilər Urartuların öz babaları olduğunu iddia edir. Ermənilər Anadoluya qərbdən, Balkanlar üzərindən gəlmişlər. Onların Urartularla əlaqəsi yoxdur” deyib.
 
Ortaylı bu fikirləri Bakıda Heydər Əliyev Mərkəzində "Qafqaz Tarixi" mövzulu konfransda çıxış edərkən bildirib.
Qafqazın tarixinin çox qədimlərə söykəndiyini, burada müxtəlif millətlərin yaşadığını deyən Ortaylı, yazılı mənbələri çox qədim olmasa da, Qafqaz dillərinin tarixinin çox qədim olduğunu qeyd edib. Qafqazda baş verən etnik problemlərdən və münaqişələrdən bəhs edən Ortaylı, ermənilərin həm Anadolu, həm də bu torpaqlarda fərqli iddialarda olduğunu xatırladaraq bu sözləri deyib:
“Ermənilər Urartuların öz babaları olduğunu iddia edir. Ermənilər Anadoluya qərbdən, Balkanlar üzərindən gəlmişlər. Onların Urartularla əlaqəsi yoxdur. Urartuların Çeçenlərlə əlaqəli olduğu böyük ehtimaldır, ancaq onların da Qafqazlardan Anadoluya, yoxsa Anadoludan Qafqaza gəldiyi bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşən bir xalqdır. 18-ci əsrə qədər bu məkanda erməni sayı çox az idi. Qafqazda ən üstün irq və dil heç tərəddüdsüz Türklər və Türk dilidir. Burada Oğuz ləhcəsi danışılır".
Türk millətinin əsrlər boyu Orta Asiyadan Balkanlara qədər çox sayda dövlət qurduğunu xatırladan Ortaylı, "Azərbaycanla Türkiyə də bir-birinə yaxın iki Türk dövlətidir. Heydər Əliyev münasibətimizi çox yaxşı müəyyənləşdirmişdi, “Bir millət, iki dövlət”. Biz bir mədəniyyətin hissəsiyik. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixə malikik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti əl üstündə tutmağımız lazımdır" deyə bildirib.
 Ortaylı Azərbaycanlılar üçün "Azəri" sözünün istifadə edilməsinin doğru olmadığını vurğulayaraq, "Azəri kəlməsi Türkiyədə cəhalətdən deyilir. Bu sonradan ortaya atılan sözdür. Buranın əhalisi Türkdür" deyib. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) təşkil etdiyi konfransa Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Şimali Kiprin Bakı təmsilçisi Üfüq Turganer, Azərbaycanlı millət vəkilləri və çox sayda dəvətli qatılıb.
Müxalifət.az