Ermənilərin Batumi limanını almaqda məqsədi nədir... - Xəyal etdikləri Ermənistanı dəniz çıxışına qovuşdurmaq? / TƏHLİL

Baxış sayı:
2854

Batumi limanının taleyi ilə maraqlanan İrəvan, böyük bir alqı-satqı əməliyyatını reallaşdırmaq üçün pul yığmaq təşəbbüsünü planlaşdırır. 600 milyon dollar, hətta müasir dövrdə, özü-özünü təcridə məhkum edən və acınacaqlı subyektə çevrilən Ermənistan üçün böyük miqdardır.
Düzdür, Tiflis limanın satışa qoyulmadığını elan edərək, sövdələşmə barədə deyilənləri təkzib etdi. Ancaq Ermənistan müzakirələri davam etdirərək, bu xəbərə məhəl qoymadı.
Planın icrası üçün formal səbəb göstərilir, sanki Ermənistan malların ölkənin rahat idxal-ixrac əməliyyatları edə bilməsi üçün logistika sistemi qurmağa qərar verdi. Məlum oldu ki, ciddi məsələ təhlükə altındadır və bu məsələnin uğurlu həlli üçün səhmdar cəmiyyət yaratmaq planı işə salınmaq üzrədir. Maliyyə toplamaq prosesinə diaspordan iş adamlarını cəlb etmək üçün söhbətlər gedir.
Belə çıxır ki, "ölüvay" milli iqtisadiyyatı və Paşinyan inqilabından sonrakı müddəti yenidən dirçəliş dövrü elan edən hər kəs vətənini uzaqdan sevənlərə əl uzatmağa hazırdır.
İstisna deyil ki, varlı və imkanlı ermənilər İrəvanın Batumi limanını sahibindən-Qazaxıstan dövlət şirkətinin Kazmunaigasdan almaq üçün pulqabının ağzını açsınlar. Xəbər verilir ki, baş nazir Paşinyan gürcüstanlı həmkarı Georgi Qaxariya ilə görüş keçirib və görünür, Tbilisi buna qarşı deyil.

Ancaq ağlabatan sual ortaya çıxır - niyə axsaq iqtisadiyyatı olan Ermənistan bu cür bahalı xərcə düşsün? Ölkədə durğunluq davam edir, hökumət milli istehsalın canlanmasının gözlənilmədiyini bildirdi. Ölkəni yırtıcı sürünmənin girovuna çevirən, Qarabağ dilemmasının caynaqlarında ilişib qalan İrəvan ümidsizlik labirintinə dirənib.
Cüzi milli ixracatını Yuxarı Larsdan keçirərək reallaşdırır, İrəvan ixracatdan çox idxal edir. İrəvanın Azərbaycan ərazilərinin işğalından əl çəkməyincə, yaranmış vəziyyətin öhdəsindən gəlməyin mümkünsüzlüyü ətrafında gedən mübahisələr uğursuzdur. Ancaq üzərində düşünüləcək bir şey var.
İrəvan Gürcüstana qarşı ərazi iddiaları edir. Necə deyərlər, erməni hara gedirsə, orada bir qan çanağı yaradır. Erməniçilik, “ata-baba torpaqlarının geri qaytarılması” problemi ilə məşğuldur və ehtimal varmı ki,  bu, yaxşı qonşuluğa hesablanıb?
Erməni şüurunda geosiyasi kontekst iqtisadi konteksti üstələyir, buna görə İrəvanın bütün istəklərinə “həddini aşmış işğaıçılıq”prizmasından baxmaq lazımdır.
Qara dəniz limanını almaq, daha doğrusu dəniz sahilinə çıxış problemi.
Məsələnin tarixini gözdən keçirək. "Faciəvi hadisələrin 100 illiyi" kontekstində rəsmi İrəvan yenə də köhnə diski fırladaraq “itirilmiş haqqını” geri almağa qərarlı olduğuna diqqət çəkir. Bu nə deməkdir?
Ermənilər Birinci Dünya Müharibəsindən sonra nə üçün aldandıqlarını, nə üçün dövlətsiz qaldıqlarını bilmək üçün bir əsr əvvəl baş verən hadisələrə qayıtmaq istəyirlər.
Onlar 1915-ci il hadisələri ilə bağlı öz arbitrajını keçirmək istəyən və ardınca da Ermənistanı Amerika mandatı altına almağı planlaşdıran ABŞ prezidenti Woodrow Wilsona rəhmət oxuyurlar. Özümüzdən əlavə edək - o dövrdə olmayan Ermənistan üzərində.
Wilson, bu məsələni Versal müqaviləsinin imzalandığı Paris Sülh Konfransında uydurdu.
Trabzon, Van, Bitlis və Ərzurumu əhatə edən, indiki Türkiyənin geniş ərazilərini ermənilərə ötürmək üçün layihəyə canfəşanlıqla lobbiçilik edərək, diplomatını (!) "Erməni maraqlarını" qorumaq missiyası ilə Naxçıvana göndərdi.

ABŞ prezidentinin planına görə, ermənilərin ehtiyacını ödəmək üçün, limanlardan birini ələ keçirib, ermənilərin transit üstünlüyünün təminatı üçün Batumiyə dəmir yolu çəkmək planlanmışdı.
Ağ Evin planı, Mustafa Kamalın komandanlığı ilə Türk ordusunun geniş miqyaslı hücumu ilə uğursuz oldu. İndiki dövrün lüğəti ilə ifadə etsək, Türkiyə və Rusiya (Bolşevik) qoşunları Birinci Dünya Müharibəsi cəbhələrindən qayıdan erməni başkəsənlərini zərərsizləşdirərək birgə anti-terror əməliyyatı keçirdilər. İki il başkəsənlər dəstəsi, Anadolu-Qafqaz məkanında heç vaxt olmayan erməni dövləti üçün tutmaq istədikləri ərazilərdə vəhşiliklər etdilər.
Qərbin təzyiqi ilə Türkiyə və Rusiya, türk və kürd mahallarının mülki əhalisini qılıncdan keçirən, erməni quldur dəstə başçısından siyasətçiyə çevrilən bir neçə erməniyə acıdı.
“Erməni nağılbazları” rusların türklərlə birgə o vaxtkı Ermənistanı işğal etdiklərini iddia edərkən, həyasızcasına yalan danışırlar. Olmayan bir ölkə necə işğal edilə bilər?
Ermənilər tarixi Osmanlı, həmçinin Azərbaycan torpaqlarına olan hüquqlarından danışaraq sayıqlayırlar və 1921-ci il Türkiyə-Rusiya müqavilələrinin ləğv olunacağına ümid edirlər. Bu olmayacaq.
İrəvan 1920-ci ilin noyabrındakı kimi axmaq şeylər edərsə və ya Qarabağdakı iddiasını möhkəmləndirmək niyyətində olsa, istər-istəməz əks-hücumla üzləşəcək. Ancaq gündəmdə başqa şey var.
Söhbət Qara dəniz istiqamətində sakitcə, altdan-altdan genişlənmədən gedir. İrəvanda, Wilson dövründə qazandıqlarını reanimasiya etmək barədə düşündülər. Əgər “yuyunmursansa, eşələn” prinsipi ilə hərəkət edərək, Qara dənizə doğru “çapalayaraq çatmaq” ümidini bəsləyirlər. Bu müstəvidə "erməni xalqının öz vətənində yaşamaq hüququ" tezisinə baxılmalıdır. İrəvan qabağa gedir. Bu dəfə Gürcüstana qarşı.
Abxaziyanı, bir sözlə, erməni biznesi ələ keçirdi. Qarabağda, Bakı Qarabağ separatçıları ilə İrəvan arasındakı “hesablaşma”nın bitməsini gözlədiyi vaxtda “saxta öz müqəddəratını” təyin edən azatutyunlar hələ də “qınıc çalırlar”. Samtsxe-Cavaxetidə Qarabağ ssenarisinin praktik dublyajı gedir və separatçı üsyanının qoxusu gəlir. Rusiyanın cənubunda, “kompakt yaşayan erməni” amilini arqument olaraq “gözə soxan” ermənilərin, muxtariyyətə işarə edən geniş hazırlıqları aparılır.

Xarici erməni diaspor rəhbərləri 1958-ci ildə BMT-nin açıq dənizlər Konvensiyasını əsas götürərək, ərazi  məsələsinin həllində qlobal planı həyata keçirməyə sövq etdilər. Onların sözlərinə görə, dənizə sahili olmayan dövlətlərin, dənizə çıxışı olmalıdır.
Ancaq erməni azadlıqları fikirlərinin olduğu halda, “Belli hadisəsi” ortaya çıxır. Artıq bu, ermənilərin Antanta dövlətlərinə satılaraq Osmanlı İmperiyasını “içəridən laxlatdığı” dövrdə baş verdi. Eyni şey ermənilərin azərbaycanlı Urmiya əhalisinin şəhər və kəndlərinin dinc əhalisini qırmağa getdiyi İranda da baş verdi. Eyni ssenari Azərbaycan Qarabağında artıq iki dəfə təkrarlandı.
Deyildiyi kimi, “onlara bir barmaq göstər, bütün əlini kəsərlər”. Özgə torpaqlar uğrunda çirkin mübarizə tarixi onların həmişə yırtıcı rolda olduğunu göstərir. Onlara üstünlük vermək, istər-istəməz ermənilərin ərazilərin qanuni sahibləri ilə münasibətlərini “silah” ilə həll etməsinə səbəb olacaq.
Tiflis həqiqətən də Batumi limanını satmaq niyyətində deyilsə, bu ağlabatan qərardır. Yox, əksinədirsə, gürcü tərəfi bunun nəticələri barədə ciddi düşünməli olacaq.
Beləliklə, 1897 və 1918-ci illərdə baş vermiş erməni-gürcü müharibələri, İrəvanın Cavaxetiyaya, Gürcüstan Pravoslav Kilsəsinin kilsə mülkünə bu günki iddiası İrəvanın Qara dəniz istiqamətində əsl hədəfləri ilə bağlı əsas suala aydın cavab verir.
"kavkazplus"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az