Ermənilərin Azərbaycana qarşı məkrli planı - HƏDƏFDƏ JURNALİSTLƏRDİR

Ermənilər Moskvada Azərbaycan jurnalistləri arasında seçim aparacaqlar...
 
“Hürriyyət”in ötən saylarında Azərbaycanda fəaliyyət göstərən “Sputnik” İnformasiya Agentliyinin kəşfiyyat-pozuculuq əməllərindən bəhs etmişik. Hansı ki, bu haqda ilk olaraq tanınmış jurnalist Mürtəza Bünyadlı qəzetimizə müsahibəsində Sputnik.az saytının Rusiyadakı erməni lobbisinə xidmət etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu saytın baş redaktoru Əziz Əliyevin anası ermənidir və bir müddət Moskvada çalışan jurnalisti Bakıya Rusiyadakı erməni lobbisi göndərib.
Qeyd edək ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnfromasiya Agentliyini “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini isə ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır.
Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq, “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyindən çıxış edərək Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Təbii ki, Ermənistan rəhbərliyi də onun bu “xidmətlər”ini unutmur. Təsadüfi deyil ki, 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.

Marqarita Simonyan

2014-cü ildən sonra isə M.Simonyan baş redaktorun müavini olaraq “Sputnik”in digər ölkələrdəki şöbələri kimi Azərbaycan nümayəndəliyini də idarə etməyə başlayıb. Maraqlıdır ki, bir tərəfdən “Sputnik.az”a rəhbərlik edən Simonyan eyni zamanda, Erməstan mediasında Azərbaycan əleyhinə məqalələr yazır, müsahibələr verir...
Daha bir maraqlı fakt isə odur ki, Rusiyadakı erməni lobbisi “Sputnik” İnformasiya Agentliyinin xidmətlərindən istifadə edərək, Azərbaycana qarşı yeni məkrli plan üzərində işləyir. Belə ki, etibarlı mənbələrdən “Hürriyyət”ə daxil olan məlumata əsasən, “Sputnik” İA Azərbaycanın müxtəlif KİV-lərində çalışan 25-35 yaşlı jurnalistlərin peşə hazırlığını artırmaq adı altında Moskvada 3 günlük kurslar təşkil edib. Mənbənin sözlərinə görə, kurslar senytabrın əvvəlində “Sputnik”in baş ofisində keçiriləcək və hazırda kurs keçmək istəyən jurnalistlərin müraciətləri qəbul edilir...

Əlbəttə, “Rossiya seqodnya” kimi təcrübəli bir məktəbdə Azərbaycan jurnalistlərinə kurs keçilməsi ilk baxışdan normal qarşılana bilər. Lakin “Sputnik”in rəhbərliyində təmsil olunan ermənilərin, eləcə də rusların Azərbaycan jurnalistlərinin peşə hazırlığını artırmaq kimi qayğılarının olmadığını nəzərə alsaq, bu məsələnin arxasında tamamilə fərqli niyyətlərin durduğu açıq-aydın görünür. Belə güman etmək olar ki, erməni lobbisi “Sputnik” İnformasiya Agentliyi vasitəsilə jurnalistlərimizi bu və ya digər yollarla ələ almaqla, Azərbaycan KİV-lərini öz nəzarəti altına almağa çalışır. Belə ki, Azərbaycandan “peşə hazırlığını artırmaq üçün” Moskvaya üz tutan jurnalistlərdən hansınınsa erməni və ya rus kəşfiyyatının qarmağına düşməyəcəyinə kimsə zəmanət verə bilməz. Əslində, bu kursların təşkilində əsas məqsəd də Azərbaycan KİV-lərini nəzarətə almaqdan başqa bir şey deyil.
Görünən odur ki, vaxtilə Rusiyanın və Kremlə bağlı məmurların əli ilə Azərbaycan ordusunun içinə sızan erməni agentura şəbəkəsi, indi də jurnalistikaya əl atırlar. Belə getsə, vaxtilə orduda olduğu kimi, KİV daxilində baş verən proseslər və məxfi informasiyalarımız ermənilərin ovucunun içində olacaq. Odur ki, son dərəcədə ayıq olmalıyıq...
 
RƏŞAD
 
P.S. Mövzunu davam etdirəcəyik.