Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə göz yuma bilmərik - ƏRDOĞANDAN DÜŞMƏNİN XAİN ƏMƏLLƏRİNƏ SƏRT REAKSİYA

Baxış sayı:
438

“Türkiyə dövləti dost ölkələrdə şiddəti görməzdən gələ bilməz. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə göz yuma bilmərik. Azərbaycanlılar bizim qardaşlarımızdır!"

"Anadolu" agentliyi xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə universitetlərində yeni tədris ilinin açılışında deyib.

“Biz törədilən vəhşiliyi görməzdən gələ bilmərik. Səssiz qalmağa haqqımız yoxdur. Əcdadlarımızın əmrlərinə əsaslanan tarixi bir məsuliyyət daşıyırıq", - ölkə lideri bildirib./Virtualaz.org