Ermənilərdən terrorçuların təşəbbüsünə dəstək

Baxış sayı:
2467

Erməni diasporunun Türkiyədəki uzantısı “Agos” qəzeti, PKK-nın siyasi qolu olan HDP-lilərin təxribatlarından sonra polisin müdaxilə etdiyi "Şənbə Anaları Aksiyasına" dəstək çıxaraq, dövlətin "acı çəkən analara" zülm etdiyi obrazı yaratmağa çalışıb.
 
“Şənbə Anaları" ötən həftə 700-ci aksiyalarını keçirib. Aksiyada HDP-lilər bir çox təxribata yol verib. HDP-li Garo Paylan və Əhməd Şık, dövlətin polislərinə hücum edib, aksiyanı siyasi şouya çevirməyə çalışıb. Yaşanan gərginlikdən sonra polis aksiyaya müdaxilə edib, bəzi adamları həbs alıb. Hadisədən sonra Erməni lobbisi dövrəyə girib. Erməni “Agos” qəzeti, “Şənbə Anaları”na dəstək verib.
 
“ŞƏNBƏ ANALARI”NA TOXUNMAYIN
 
Erməni diasporunun Türkiyə davamı ola Agos qəzeti, "Şənbə Analarına toxunmayın" başlığı ataraq, terror təşkilatı PKK-nın siyasi ayağı HDP-nin Diyarbəkir millət vəkili Garo Paylanın sözlərinə də yer verib.

Müxalifət.az