Ermənilərdən sonra Suryanilər də Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ - "Soyqırım" tələbi...

Baxış sayı:
2314

Fransa prezidenti Emanuel Makronun 24 aprel tarixini qondarma "erməni soyqırımı" kimi tanıyacağını elan etməsindən sonra bu ölkədə yaşayan süryanilər də hərəkətə keçib.
Publika.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Fransa Süryanilər Birliyi Makrona müraciət edərək 24 aprel tarixini onların "soyqırımı" kimi də tanınmasını xahiş edib.
Süryanilərə məxsus təşkilatın müraciətində iddia edilib ki, 1915-1918-ci illərdə Osmanlı İmperiyası arasında xristian dininə mənsub olan digər xalqlara qarşı da qırğınlar törədilib və buna görə də 24 aprel tarixi onların soyqırımı günü kimi də tanınmalıdır.
Müraciətdə həmçinin iddia edilib ki, Anadolu ərazisində və ətraf coğrafiyada keçən əsrin əvvəllərində 250-350 min arası süryani məhv edilib.
Qeyd edək ki, hazırda Fransada 20 minə yaxın süryani əsilli şəxs yaşayır.