Ermənilər Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəli götürdülər - Azərbaycanın xəbərdarlığı nəticə verdi

Baxış sayı:
928

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərindəki heykəli götürülüb.

“Report” “panorama.am”a istinadən xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix muzeyinə daşınıb”, - o vurğulayıb.

Bəzi məlumatlara görə, Azərbaycan Ermənistan tərəfdən heykəlin götürülməsini tələb etmiş, əks halda ciddi tədbirlər görəcəyini bildirmişdi.