Ermənilər Xankəndində küçə döyüşləri gözləyir - “ƏN YAXŞISI QAÇMAQDIR...”

Baxış sayı:
4023

Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki erməni əhalisi arasında  çox ciddi panikaya, xaosa səbəb olub. Bunu Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də təsdiq edirlər.

“Radio Sputnik” qeyd edir ki, Xankəndi şəhərinin və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinin sakinləri kütləvi şəkildə Ermənistana üz tuturlar. Jurnalistin sözlərinə görə, insanlar Xankəndinin mərkəzində, mehmanxananın qarşısında toplaşırlar. Onlar ya avtobuslarla, ya taksi və təsadüfi maşınlarla Yerevana gedirlər.

“Biz çox qorxuruq ki, şəhər bombalanacaq və hətta küçə döyüşləri olacaq. Şəhərdə ancaq kişilər qalır, qalanları getsələr yaxşıdır”,-Qarabağdan getmək istəyən ermənilərdən biri deyib.

 Qeyd olunur ki, təmas xəttinə yaxın yaşayış məntəqələri praktiki olaraq boşalıb, həmin yaşayış məntəqələrindən ermənilər ya Ermənistana gediblər, ya müvəqqəti olaraq Xankəndində yerləşiblər. Şəhərdə mağazların çoxu bağlıdır./Virtualaz.org