"Ermənilərə vətəndaşlıq verə bilərik" – DEPUTAT

Erməninin harada yaşamasından asılı olmayaraq, o ermənidir. Erməniyə yalnız onun əqidəsinə, Azərbaycana olan münasibətinə görə fərq qoymaq olar.
 
Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayana qədər orada yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşayırdılar. Onun sözlərinə görə, əgər indi də onlar Azərbaycan qanunlarını qəbul edib ölkə konstitusiyasına riayət edərlərsə, biz həmin ermənilərə qanun çərçivəsində vətəndaşlıq verə bilərik.
“Təbii ki, onların içərisində Serj Sarkisyan, Robert Köçəryan kimi qatı cinayətkarlar var. O cinayət törədənlər öz əməllərinə görə cəzalarını alacaqlar. Ancaq azərbaycanlılara qarşı törədilən cinayətlərdə əli olmayan Qarabağ erməniləri ölkəmizin qanunları çərçivəsində yaşamaq istəyirlərsə, dövlətimiz buna hazırdır. Əsas məsələ budur ki, Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü tanısınlar və ölkəmizin qanunlarını qəbul etsinlər. Hesab edirəm ki, Qarabağ erməniləri gec-tez Azərbaycan qanunları əsasında yaşayacaqlar”, – deyə E.Məmmədov qeyd edib.