ERMƏNİLƏR ÜÇÜN ƏSAS MƏSƏLƏ QARABAĞ YOX, İŞSİZLİKDİR... - “Gallup”un sensasion sorğusu

Baxış sayı:
4659

Amerikanın “Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri bu ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb.
Araşdırmaların nəticələrini sensasion saymaq olar, çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu  üzə çıxıb.
Belə ki, rəy sorğusuna əsasən Ermənistan vətəndaşlarının 45 faizi dövlət üçün ən mühüm problemin işsizlik olduğunu düşünürlər. Qalan 40.5 faiz isə ölkədəki iqtisadi situasiyanı narahatedici hesab ediblər. Rəyi soruşulanların 26.8 faizi aşağı maaşlardan və pensiyalardan narahatdır.
Qarabağ məsələsi isə erməniləri narahat edən ən başlıca məsələlər arasında 4-cü yerdədir. Vətəndaşların cəmi 26.1 faizi Dağlıq Qarabağ məsələsini Ermənistan üçün ən vacib hesab edib. Qalan üç məsələ isə mühacirət, korrupsiya və terrorçuluqdur.
“Biz vətəndaşlardan hazırda dövlətimiz qarşısında dayanan ən mühüm vəzifələri sadalamağı xahiş etdik. 45 faiz işsizliyi göstərdi, 40.5 faiz iqtisadi situasiyanı, 26.8 -faiz aşağı pensiya və maaşları, 26.1 faiz isə Dağlıq Qarabağ problemini”-“Gallup İnternational Associations”un tamhüquqlu üzvü olan “MPG” MMC şirkətinin direktoru Aram Navasardyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ən vacib problemlər sırasında rəyi soruşulanların 10.5 faizi mühacirəti, 7.4 faizi korrupsiyanı göstərib. Terrorçuluq isə çox az sayda ermənini narahat edir- cəmi 0.2 faiz.
Bu rəy sorğusunun nəticələri də göstərir ki, Ermənistanda ötən il baş verən inqilabi proseslərin kökündə məhz iqtisadi səfalət, yoxsulluq və işsizlik dayanır. Hakimiyyətdə olan qüvvələr üçün Qarabağ məsələsi ancaq hakimiyyətlərini qoruyub saxlamaq üçün manipulyasiya alətidir./Virtualaz