Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu: 20 ev tamamilə dağıldı - FOTO

Baxış sayı:
948

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Əskipara kəndini artilleriya atəşinə tutub.

 

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə, evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb.