Ermənilər Şuşada sığınacaqlar inşa edir – Müharibə XOFU
10-09-2018 13:45
Baxış sayı:
3307
Dağlıq Qarabağ erməniləri Azərbaycanla müharibəyə hazırlaşır.
Ermənistan KİV-si xəbər verir ki, işğal altındakı torpaqlarda aktiv şəkildə yeni yeraltı sığınacaqların inşası həyata keçirilir.
Belə ki, qondarma “DQR-in dövlət naziri” Qriqori Martirosyanın Şuşaya səfəri zamana ona şəhərdə 10 yeni sığınacağın inşa olunması barədə hesabat verilib. Həmin sığınacaqlar kilsə. Yaşayış binaları və yerli “icra hakimiyyəti”nin zirzəmisində düzəldilib. / Modern.az/