Ermənilər şəhərimizdə ipoteka ilə mənzil ala biləcək... - Üçotaqlı mənzil 160 dollar

Baxış sayı:
4369

Xəbər verdiyimiz kimi, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejim 2020-ci ildə “Stepanakert” adlandırdıqları Xankəndi şəhərimizdə 500-dən çox  yeni bina mənzili istifadəyə verməyi planlaşdırır. 
 
Muxalifet.az-ın moderator.az-a istinadən əldə etdiyi yeni məlumata görə, 1 iyun 2019-cu ildən tətbiq ediləcək proqrama əsasən, ermənilər Xankəndində, eləcə də işğal altındakı bəzi digər şəhər, qəsəbə və kəndlərimizdə ipoteka şərtləri ilə bina, yaxud həyət evləri əldə edə biləcək.  Bir varianta görə, ilkin ödənişi 5 faiz olmaqla 15 ilə ödənəcək ipoteka vasitəsi ilə ermənilər Xankəndində ikiotaqlı mənzili ayda  60 min dram(təxm. 120 dollar), üçotaqlı mənzili 80 min dram(təxm. 160 dollar), dördotaqlını  isə 100 min dram(təxm. 200 dollar) ödəməklə ala biləcəklər.