"​Ermənilər şəhərimizdə 500 yeni mənzil tikəcək..." – ŞOK AÇIQLAMA

Baxış sayı:
14473

Ermənilər Azərbaycanın 27-ci ildir ki, işğal altında saxladıqları Xankəndi şəhərində yeni tikinti-abadlıq işləri planlaşdırır. 
Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda qondarma separatçı rejimin şəhərsalma işlərinə “nazirlik” edən Karen Şahramanyan adlı məxluq erməni jurnalistlərə danışıb. 
Onun sözlərinə görə, tarixi- hüquqi cəhətdən Azərbaycana məxsus olan bu şəhərdə  iki yeni yaşayış məhəlləsi salınacaq. Tumanyan küçəsində yerləşəcək 2,5 hektarlıq 1- ci məhəllədə 5 mərtəbəli bunalar tikiləcək. Onlarda 500 mənzil yerləşəcək. 2-ci  məhəllə 3,5 hektarı əhatə edəcək. Onun unikal stildə tikiləcəyi gözlənilir. Çünki həmin məhəllənin tikintisi Rusiyada yaşayan xeyriyyəçi memar  Maksim Atayantsın  vəsaiti və təşkilatçılığı hesabına başa gələcək...