ERMƏNİLƏR SABAH TORPAQLARIMIZDA NÖVBƏTİ SEÇKİ KEÇİRİR - Bizim dövlətimizi, səsimizi saymadan...

Baxış sayı:
1116

Bizlərsə hələ o məntəqələrimizin azad edilməsinin konkret yolunu seçməmişik...

Unutqanlara xatırladaq ki, ilin əvvəlindən xəbər verdiyimiz kimi, sabah- sentyabrın  8-də qondarma separatçı-terrorçu erməni rejimi  müstəqil(!) Azərbaycan Respublikasının  torpaqlarında növbəti de-fakto seçki keçirir. 
Moderator.az-ın əldə etdiyi son məlumata görə, dünən –sentyabrın 6-ı saat 13:00-da  “SMS-sorğu”nun  nəticələrinə görə, şəhər, rayon, qəsəbə və kəndlərimizdəki yerli idarəetmə orqanlarına rəhbərlik etməyə namizəd ermənilər arasında qaliblər açıqlanıb. Məsələn, Xankəndi şəhərimizə səslərin 69,3 faizini yığan David Sərkisyan, Şuşa şəhərimizə Artsvik Sərkisyan, Kəlbəcərimizdəki Həsənriz(“Aterk”) kəndimizə Vardan Qriqoryan, Çildıran kəndimizə David Qulyan,  Əsgəran şəhərimiz yaxınlığındakı Naxçıvanik kəndimizə Sevak Petrosyan, Xocavənd rayonumuzdakı Azıx kəndimizə Levon Əsiryanın və s. başçılıq edəcəyi gözlənilir.

P.S. Adları çəkilən və çəkilməyən yaşayış məntəqələrimizin 30 ilə yaxındır Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhər, rayonlarımızdakı yataqxanalarda, özgə qapılarında və ya yaraşıqlı yeni binalarda müvəqqəti(!) məskunlaşmış sakinləri isə öz şəhər, qəsəbə və kəndlərindəki faktiki seçkilərdə hansısa erməninin qalib olmasına heç bir etiraz edə bilmir. Çünki onların səsi Məzahir Pənahovun keçirdiyi seçkilər zamanı məntəqələrə düzdürdüyü şəffaf qutulardan uzağa gedə bilmir, onların harayı o torpaqlara çatmır...
P.P.S. Ermənilər torpaqlarımızda bizim “qondarma”, “qanunsuz”, “saxta” adlandırdığımız növbəti faktiki seçki keçirir. Amma biz hələ də o torpaqlarımızın azad edilməsinin konkret yolunu seçməmişik...