Ermənilər qondarma "soyqırımı"nın tanınmasının əvəzində ABŞ-a NƏ VƏD EDİBLƏR...- SOK DETALLAR

Baxış sayı:
14221

Noyabrın 4-də Ermənistan İstintaq Komitəsinin rəhbəri Hayk Qriqoryan ABŞ FTB-nin hüquq attaşesi Depp Şummaker və nümayəndə heyətinin üzvlərini qəbul edib.
Muxalifet.az bu barədə lragir.am saytına istinadla xəbər verir. 

Rəsmi bəyanatda  uzunmüddətli uğurlu əməkdaşlığa, həmçinin konkret suallara açıqlıq gətirilməsinə də işarə vurulub.
Bu arada, oktyabrın 30-da jurnalistlərlə söhbətində Hayk Qriqoryan Amulsar məsələsində təhqiqatın fəqli istiqamətdə aparılmasını və ELARD kompaniyasının ekspetlərinin dindirilməsini zəruri edən yeni situasiyanın meydana çıxdığını qeyd edib.
Bildiyiniz kimi, Amulsar hadisəsindəki əsas dilemma, Amulsarın istismarına və istismar müddətinə təsir edəcək yeni bir ekspert rəyinə ehtiyacdır. Hökumət daha əvvəl yeni bir ekspertizaya ehtiyac olmadığını bildirmişdi.

Oktyabrın 31-də Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr Departamentinin direktoru Şeril Fernandezin müşayiəti ilə ABŞ-ın İrəvan səfiri Lin Tracy-i qəbul etmişdi. Məlumatda Amulsar məsələsinin müzakirə olunduğu bildirilmir. Ancaq əsas mövzu iqtisadiyyat olub.
ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffern, Qərbin Ermənistandakı ən böyük investisiya layihəsi sayılan Amulsar məsələsinə ABŞ marağından danışıb.
Amerikalı mütəxəssislər Amulsarın istismarının nə qədər qanuna söykəndiyini gözləri ilə görməyəmi gəlmişdilər?
Çünki ABŞ-ın “Foreign Policy News” portalında Ermənistanda “Amulsar” qızıl mədənində işlərin davam etməsinin ətraf mühitə ziyan verməsindən və faciəvi ekoloji problemlərə gətirib çıxaracağı haqda həyəcan təbili çalan məqalə dərc olunmuşdu.
“Amulsar” mədəni və rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe haqqında yazan Mərkəzi və Şərqi Avropa üzrə analitik Maykl Bennett Ermənistanın baş naziri Nikol Paşinyanın qızıl mədənində işlərin davam etdiriləcəyini bəyan etdiyini bildirmişdi. O qeyd etmişdi ki, yerli və beynəlxalq ekspertlər, ekoloqlar və səlahiyyətli dairələr bu layihənin nəinki Ermənistanın, hətta bütün Cənubi Qafqazın ekologiyası üçün fəlakət yaradacağını söyləyirlər.

Bütün bunlara baxmayaraq vəziyyət ABŞ Nümayəndələr Palatasında erməni soyqırımını tanıyan qətnamənin qəbulu fonunda simptomatik görünür. Yəni ABŞ “erməni genosid”ini tanımasının əvəzində Amulsar mədənini alıb və bu mədəni ABŞ istismar edəcək. Qətnamənin isə heç bir hüquqi qüvvəsi yoxdur, lakin siyasi çəkisi var.
Ulviyyə Şükürova, Muxalifet.az