​Ermənilər Qarabağda DƏHŞƏT YAŞADI: 2 öldü, 2 yaralı

Baxış sayı:
9496

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində avtomobil qəzası baş verib.
Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
Əsgəran-Xankəndi avtomobil yolunda “LEXUS LX 470” markalı avtomobillə hərəkət edən 27 yaşlı sürücü 33 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
Daha sonra avtomobil aşıb. Nəticədə, sürücü və üç sərnişin yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.