​Ermənilər Qarabağda AĞIR İTKİ VERDİ: 3 ölü, 1 yaralı

Baxış sayı:
9190

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda ağır avtomobil qəzası baş verib.
Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 erməni ölüb, biri yaralanıb.
Qəza yanvarın 20-də gecə saatlarında baş verib. “Niva” markalı avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb və çaya düşub. Sürücü və onun 2 sərnişini hadisə yerində ölüblər, daha bir sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.