​Ermənilər Qarabağ həqiqətlərini təhrif edən daha bir film çəkib - Litva, Almaniya, Fransa, ABŞ, Bolqarıstan, Çexiya və İtaliyanın dəstəyi ilə

Baxış sayı:
6107

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ haqqında çəkilən “Cənnət qapısı” filminin premyerasında iştirak edib. Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, dram janrında çəkilən film “Dağlıq Qarabağ müharibəsi”nə həsr edilib. Proseslər 2016-cı il ətrafında cərəyan edir. Filmin rejissoru Jivan Avetisyandır, çəkilişlər Ermənistan, Dağlıq Qarabağ və Litvada aparılıb. Birgə istehsal edən ölkələr Ermənistan, Litva, Almaniya, Fransa, ABŞ, Bolqarıstan, Çexiya və İtaliyadır. Aktyor heyətinə həm beynəlxalq səviyyədə, həm də Ermənistanda tanınan erməni aktyorlar daxildir. İrəvanda nümayişdən sonra “Cənnət qapısı” Dağqlı Qarabağda da nümayiş etdiriləcək. Muxalifet.az