“Ermənilər Qafqaza sonradan köçmüş millətdir” - TANINMIŞ TÜRK TARİXÇİSİ

Baxış sayı:
13564

Tanınmış türk tarixçisi, professor İlber Ortaylının Azərbaycanda “Qafqaz tarixi” adlı konfransı keçirilib. Bakıda, Heydər Əliyev Mərkəzində baş tutan konfransda Qafqaz tarixinin çox qədimlərə gedib çıxdığı, burada fərqli millətlərin yaşadığı vurğulanıb. Mühazirəçi qeyd edib ki, buna baxmayaraq, Qafqaz tarixinə aid yazılı qaynaqlar o qədər də qədim deyil.
İ. Ortaylı Azərbaycan xalqı ilə bağlı “azəri” kəlməsinin istifadə olunmasının doğru olmadığını vurğulayıb. Qeyd edib ki, Türkiyədə bu kəlmənin işlənməsi cəhalətdən irəli gəlir: “Bu sonradan ortaya atılmış bir kəlmədir. Buranın xalqı türkdür”.
Qafqazda yaşanan etnik problemlərdən də bəhs edən Ortaylı ermənilərin həm Anadolu, həm də bu torpaqlara fərqli iddialar irəli sürdüklərini xatırladıb. Qeyd edib ki, ermənilər urartuluların öz əcdadları olduğunu iddia edirlər. Amma onlar Anadoluya qərbdən, Balkanlardan gəliblər: “Ermənilərin urartulularla bağlantısı yoxdur. Çox böyük ehtimalla urartuluların çeçenlərlə bağlantısı olub, amma onlar Qafqazdan Anadoluya gəliblər, ya Anadoludan Qafqaza gediblər, bəlli deyil. Ermənilər Qafqaza sonradan köçmüş millətdir. 18-ci əsrə qədər bu coğrafiyada erməni sayı çox az olub. Qafqazda hakim irq və dil heç şübhəsiz ki, türklər və türk dilidir. Burada oğuz ləhcəsində danışırlar”./virtualaz.org