Ermənilər Putinin siyasi modelinə ZƏRBƏ VURDU: “The Washington Post”

Baxış sayı:
3103

“Ermənistan prezidenti Serj Sarkisyan Vladimir Putinin sadiq müşayiətçisi idi. Amma o, Putinin klassik manevrasını təkrarlamağa çalışarkən öz vətəndaşlarını küçümsədi” deyə, bu haqda, Amerikanın “The Washington Post” qəzeti yazıb.
 
“Baxmayaraq ki, Ermənistan konstitusiyası iki dəfədən artıq prezident postunda qalmağı məhdudlaşdırır, bundan yan keçmək üçün Sarkisyan konstitusiya dəyişikliyi ilə baş nazirə böyük səlahiyyətlər verdirərək bu dəfə parlament seçkilərində qalib olduğunu bəyan edib, parlamentdə hökümət başçılığına namizədliyini verdi. Hansı ki, əvvəllər dəfələrlə prezidentlikdən sonra baş nazirliyə namizədliyini verməyəcəyini bəyan etmişdi. Nəticə də o oldu ki, 11 gün davam edən kütləvi nümayişlər bazar ertəsi günü Sarkisyanı vəzifəsindən uzaqlaşdırdı" deyə, nəşr bildirib.
"Ermənistanda Sarkisyanın vəzifədən getməsinin həqiqi dəyişikliklərə səbəb olacağı və ya Kremlin qulluqçusu olmaqdan qurtula biləcəyi hələlik qeyri müəyyən olaraq qalır. Ancaq buna baxmayaraq, xalq üsyanı Putinin avtoritar siyasi modelinə ciddi zərbə vurdu. Və təbii ki, Putin bunu doğru saymayacaq”-deyə, qəzet yazıb.
“Rusiyanın hökmdarı və onun ətrafı Ermənistandakı hadisəni kortəbii xalq etirazı kimi qəbul etməyəcək. Onunların fikrincə, bu, yalnız həyata keçirilmiş bir dövlət çevrilişidir.
Əslində isə Tramp administrasiyasının Ermənistanda baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını söyləmək mümkündür. ABŞ-ın bu etirazçılara verdiyi dəstək yalnız Amerikanın Ermənistan səfirinin “nümayişçilərə etidallı davranışla bağlı” verdiyi kövrək bəyanatdan başqa bir şey olmadı.
Erməniləri küçəyə çıxaran xarici təxribatlar deyil, əksinə, Sarkisyanın Rusiyaya olan “stavka”sının özünü doğrultmamasının nəticəsi idi. Sarkisyanın rəhbərlik etdiyi on il iqtisadiyyatın durgunluğuna, əhalinin təxminən 10 faizinin ölkəni tərk etməsinə, ermənilərin yoxsulluq həddindən aşağı yaşamasına gətirib çıxardı” deyə, nəşr yazıb.
“Putindən Sarkisyanın yerinə gələcək olan hər kəsi sıxışdıracağını gözləmək olar. Lakin bundan ermənilərin həyatı daha da yaxşı olmayacaq. Əksinə, bu, korrupsiyaya, banditizmə, iqtisadi fəlakətli modelinə olan müqaviməti bir az da gücləndirəcək, başqa sözlə - Putinizmə" – deyə, “The Washington Post” yazını yekunlaşdırıb.
Müxalifət.az