Ermənilər ölülərini də qəbirdən çıxarıb apardı - FOTOLAR

Baxış sayı:
1464

Kəlbəcəri tərk edən ermənilər ölüləri qəbirlərindən çıxararaq özləri ilə aparıblar.

Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.

Hazırda ermənilərin Kəlbəcərdən köçü yekunlaşmaq üzrədir. Onlar daşına bilən əşyaları aparır, evləri və mülki obyektləri, meşələri yandıraraq Kəlbəcərdən çıxırlar.

Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılacaq.